Bazar, 28 Aprel

"Sərvətimi itirməkdən qorxmuram" - Bill Qeyts

image

"Microsoft"un həmtəsisçisi Bill Qeyts süni intellektin 5 ildən sonra hər kəsin həyatını necə dəyişəcəyini izah edib.

Xəbər verilir ki  Qeyts süni intellektin inkişafı ilə müxtəlif sektorlarda yeni iş imkanlarının yaradılacağını bildirib.

O, bəşər tarixində hər bir inqilabi texnologiyanın əvvəlcə qorxu yaratdığına diqqət çəkərək deyib:

"1900-cü illərdə kənd təsərrüfatındakı inkişaflardan sonra "İnsanlar indi nə edəcək?" deyirdilər. Əslində, bir çox yeni iş kateqoriyaları yaradılıb və biz hamının əkinçiliklə məşğul olduğu vaxtdan daha yaxşı vəziyyətdəyik. Eyni şey süni intellektlə də baş verəcək". 

Amerikalı milyarder süni intellektin çox da yeni avadanlıq tələb etmədiyinə diqqət çəkərək, bu texnologiyalara smartfon və internet vasitəsilə asanlıqla daxil ola biləcəyini ifadə edib. 

Bununla yanaşı,140 milyard dollarlıq sərvətə sahib olan Qeyts müsahibəsində var-dövlətini itirməkdən qorxmadığını ifadə edərək,  "Mənim tək başıma xərcləyə biləcəyimdən qat-qat çox pulum var" deyib.

Qeyts hər il müxtəlif layihələrə 9 milyard dollar sərmayə qoyacağını və 20 il ərzində bütün sərvətini bölüşdürəcəyini bildirib. 

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39